Bəşər Əsədin qohumu Almaniyadan sığınacaq istədi

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlunun dul qadını Almaniyada qaçqın statusunun alınması üçün müraciət edib.
 
Suriya ilə yanaşı, Livan pasportuna da malik olan qadının müraciəti rədd edilib.
O, yerli hakimiyyətin bu qərarına etiraz olaraq apellyasiya şikayəti verib. Qadın hazırda Şimali Reyn-Vestfaliya ərazisində Varendorf rayonunda müvəqqəti sığınacaqda yaşayır.
Qeyd edək ki, Suriya prezidenti ötən həftə WION telekanalına verdiyi müsahibəsində Suriya münaqişəsində ən pis günlərin artıq arxada qaldığını bildirib. Onun sözlərinə görə, ölkədə vəziyyət gözəçarpacaq dərəcədə yaxşılaşıb.