Bəşər Əsəddən “İsrail” taktikası

Baxış sayı:
9772

Əsəd rejimi qüvvələri sabah Soçidə keçiriləcək Astana formatlı dördtərəfli sammit ərəfəsində "İdlib Gərginliyi Azaltma Bölgəsinə" hücumlarını artırıb.
 
Dünən rejim və İran dəstəkli terrorçu qruplar mülki mövqelərə 100-dən çox artilleriya hücumu həyata keçirib.
Meydançadakı mülki şəxslər və hərbi müxalif ünsürlər bu vəziyyəti rejimin meydançada zorakılığı artıraraq masada nailiyyət əldə etməyə çalışması kimi şərh edir.
Azad Suriya Ordusu (ASO) damı altında Suriyalı hərbi müxalif qruplardan İzzət Ordusunun sözçüsü Mustafa Marrati Anadolu Agentliyinə verdiyi açıqlamada, Əsəd rejiminin hər bir beynəlxalq toplantıdan əvvəl regionda gərginliyi artırdığını deyib.
Marrati, "Rejim eyni ilə İsrailin Ərəb Birliyinin Fələstin mövzusu ilə bağlı iclaslarından əvvəl etdiyi kimi, beynəlxalq toplantılardan əvvəl gərginliyi artırır" deyib.
Əsəd rejiminin masada təzyiq yaratmaq üçün hücumlarını artırdığını bildirən Marrati, "Əsəd qardaş Türk hökumətinə təzyiq yaradıb, nailiyyətlər əldə etməyi qarşısına məqsəd qoyur. Əslində bu gərginliyin və ya hücumların daha da artmasının səbəbkarı Əsəd rejimi deyil. Əmr komandanlığı rejimin əlində deyil. Səbəbkarı Rusiyadır" deyə söyləyib.
 
İran böhranın siyasi prosesə dönərək həll edilməsini əngəlləmək istəyir
 
Suriyalı jurnalist Mələk Al Abbas da top və raket hücumlarının İran dəstəkli terrorçu qrupların yerləşdiyi regiondan həyata keçirildiyini deyib.
Beynəlxalq görüşlər öncəsi İran dəstəkli xarici terrorçu qrupların gərginliyi artırmasının gözlə görüləcək vəziyyətdə olduğunu dilə gətirən Abbas, bunları qeyd edib:
“Suriyada toqquşan tərəflərdən siyasi olaraq ən zəif olan ölkə İrandır. İranlılar paytaxt Şamdan Humusun T4 bölgəsinə çıxarıldı. İndi də Xama kəndindən İran dəstəkli qrupların çıxarılması üçün çalışılır. Minlərlə itki verdiyi Suriyada təcrid olunmamaq üçün mümkün olduğu qədər müqavilələri pozmağa çalışır. İran Suriyadakı böhranın siyasi prosesə dönərək həll edilməsini əngəlləmək istəyir".

Müxalifət.az