Bəşər Əsəd terrorçulara ultimatum verdi - "Ya təslim olun, ya da..."

Baxış sayı:
6915

"İdlibdə Suriya ordusuna müqavimət göstərən terrorçular ya dövlətə təslim olmalı, ya da Türkiyəyə keçməlidirlər”. Muxalifet.az vzqlyad.ru-ya istinadla xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Al Ekhbariya və ölkə telekanalına müsahibəsində bildirib. O, xəbərdar edib ki, əgər silahlı dəstələr təslim olmasalar onlara qarşı hökümət qüvvələri əməliyyat aparacaq. Həmçinin qeyd edib ki, Suriya osdusu ölkənin şimal-şərq vilayətlərinə yalnız müdafiə üçün yox, həm də bu ərazilərdə dövlət nəzarətini bərpa etmək üçün gəliblər. Əsədin sözlərinə görə, “bu ərazidə yaşayan kürdlər Suriyanın qalan hissəsi ilə birləşə bilərlər,regionda yenidən dövlət idarələri fəaliyyətə başlayar”. Xatırladaq ki, Suriya hökümətinin məlumatına görə, İdlibdə dünya üzrə tərkibində ən çox xarici ölkələrdən olan terrorçuların daxil olduğu bir terror dəstəsi yerləşir. Oktyabrın əvvəllərində 80 min insanın bu terror qrupunda birləşdiyi məlumatı verilib. Muxalifet.az