Bəşər Əsəd PKK/PYD-yə kömək edir

Baxış sayı:
1261

Türkiyə dünən Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolun olan PYD-yə qarşı əməliyyatlara start verib.
 
Türkiyə mediası xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin Afrinə hərbi yardım göndərilməsini asanlaşdırmaq üçün Hələbin mərkəzində yerləşən terrorçulara yolları açdığı bildirilir. Belə ki, Şeyx Maqsud məhləsindən Nubul Zəhra yolu ilə hərbi texnika PYD-yə göndərilir.
Qeyd edək ki, "Zeytun Budağı" adlı əməliyyat dünən Türkiyə Silahlı Qüvvələrinin açıqlaması ilə start götürüb. Hərbi əməliyyatın səbəbi kimi, terror təşkilatının hücumları göstərilib və Suriyanın torpaq bütövlüyünə hörmətlə yanaşıldığı, terrorçulara aid hədəflərin vurulacağı bildirilib.