​Bəşər Əsəd İrana qaçıb? – ŞOK İDDİA

Baxış sayı:
3409

Bir sıra kütləvi informasiya vasitələrinin yaydıqları xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin hazırladıqları kütləvi raket zərbələri barədə verilən xəbərlərə görə ailəsi ilə birlikdə Tehrana köçürülüb.
“RİA Novosti” xəbər verir ki, bu məlumatı ilk olaraq BƏƏ-nin “Erem News” agentliyi paylaşıb. Mənbəyə görə, SEPAH döyüşçüləri gizli olaraq Əsədin, ailəsinin və yaxın ətrafının Dəməşqdən Tehrana köçürülməsini təmin ediblər.
Lakin bu məlumat tezliklə təkzib edilib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa məlumatı yalanlayıb. “İndiki vəziyyətdə müəyyən qüvvələr yalan xəbərlər yaya bilər. Gəlin, onlara inanmayaq”, - o bildirib.
“Suriyada vəziyyət bundan qat-qat ağır olan zaman – ölkənin əksər ərazisi və hətta Dəməşqin bir hissəsi hökumət qüvvələri tərəfindən nəzarətdə olmadığı bir dövrdə belə Bəşər Əsəd heç yerə getməmişdi”, - rusiyalı siyasətçi qeyd edib(virtualaz.org).