​Bəşər Əsəd 11 DÜŞMƏNİNİ GÖRÜŞƏ ÇAĞIRDI

Rəsmi Dəməşq bazar günü Suriya müxalifətinin 11 silahlı qrupunun liderləri ilə görüşlər keçirəcək.
Bu barədə RİA informasiya yayıb.
“Əsas çətinliklər silahlı müxalifətin danışıqlardan imtina etməsi və hər dəfə danışıqlarda yeni təkliflər irəli sürməsi, tələblər verməsi ilə bağlıdır. Hakimiyyət isə onları danışıqlara dəvət edərək heç bir tələb irəli sürmür. Yalnız oturub sülh yolu ilə məsələnin həlli istiqamətində danışıqlara başlamağı təklif edir”, - danışıqlarda vasitəçilik edən Düşmən Tərəflərin Barışıq Mərkəzinin nümayəndəsi Sergey Volodin deyib.
Qeyd edək ki, müxalif qüvvələr Suriyanın şərqində 200 min əhalinin məskunlaşdığı 5 şəhərə nəzarət edir.