​Bəsrə qaynayır: Haşdi-Şabinin də ofisi yandırıldı

Baxış sayı:
2770

İraqın Bəsrə şəhərində etirazçılar 12 yanğınsöndürmə avtomobilinə hücum ediblər.
Muxalifet.az xəbər verir i, bu barədə “Əl Sumariyə” televiziyası məlumat yayıb.
Naməlum şəxslər həmçinin Bəsrədəki Haşdi-Şabi qruplaşmasının qərargahına hücum edərək buranı yandırıblar. Hücum nəticəsində qruplaşmanın ofisindəki hər şey yanaraq kül olub. Bundan sonra həmin şəxslər Haşdi Şabinin yaralılarının olduğu xəstəxanaya hücum edərək, buradakı yaralıları girov götürüblər.
Qeyd edək ki, Bəsrədə dünən İran Konsulluğuna hücum olub. Konsulluqla bərabər bütün iranyönlü təşkilatların ofislərinə də hücum edilib.
Bəsrədə etiraz aksiyaları 8 iyuldan başlayıb. Etirazçılar şəhərin içməli su və elektrik enerjisi ilə təminatını istəyiblər. Əhalinin etirazlarını İraqın dini liderlərindən biri olan Sistani də dəstəkləyib. Hökumətin əhaliyə verdiyi vədlərdən sonra aksiyalar bir aylıq dayansa da sonradan yenidən başlayıb.