​Bəsrə hava limanı vuruldu

Baxış sayı:
379

İraqın Bəsrə şəhərinin hava limanına raket zərbələri endirilib.
Muxalifet.az xəbər verir ki, hava limanına 3 ədəd “Katyuşa” raketi düşüb.
Rəsmilər ölü və yaralıların olmadığını bildiriblər.
Hava limanının əməkdaşları isə təyyarələrin eniş və uçuşu ilə bağlı problem yaranmadığını söyləyib.
Hücumun kim tərəfindən edildiyi bilinmir.
Xatırladaq ki, bir neçə gündür Bəsrə şəhərində böyük mitinqlər keçirilir.