Bəşər düşməni Zori Balayan İrəvanda - Foto

Azərbaycan xalqının qəddar düşməni Zori Balayan İrəvana gəlib.
 
Erməni KİV-i Balayanın Ermənistana gəlişi barədə geniş məlumat yaymasa da, hökumətin rəsmi saytında onun baş nazir Karen Karapetyanla fotosu dərc edilib.
Məlumata görə, Ermənistan baş naziri Karen Karapetyan Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiyanın Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koksun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Karapetyan Koksun şəninə tərif yağdırıb, ermənilərin xeyrinə göstərdiyi xidmətləri yüksək qiymətləndirdiyini deyib, həmçinin beynəlxalq arenada Qarabağla bağlı “həqiqətlər”i söylədiyinə görə təşəkkür edib.
Koks isə öz növbəsində gələcəkdə də erməni xalqına kömək etməyə hazır olduğunu bəyan edib.
Görüş zamanı Zori Balayan Karapetyanın yanında yer alıb, amma çıxış etməyib.
Qeyd edək ki, ermənipərəst Kerolayn Koks Azərbaycan əleyhinə çıxışları ilə tanınır. Onun adı Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlərə görə XİN-in “qara siyahısı”na salınıb.