BŞİH-in məsul nümayəndələri əhali ilə görüşlər keçirəcək – CƏDVƏL

Baxış sayı:
10081

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə aprelin 24-dən əhali ilə görüşlərə başlanılacaq.

Bu barədə BŞİH-dən məlumat verilib.

Bildirilib ki, paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.

Qeyd olunub ki, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunan qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində təşkil olunacaq.

Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirlərinin yeri və ünvanı aşağıdakı cədvəldə verilib:

Rayonun adıGörüşün tarixi və vaxtıKeçirilmə yeriQeyd
1Nərimanov rayonu24.04.2019 16:00-20:00Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22 
2Xəzər rayonu26.04.2019 16:00-20:00Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi 
3Xətai rayonu29.04.2019 16:00-20:00Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23 
4Sabunçu rayonu01.05.2019 16:00-20:00Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72 
5Binəqədi rayonu03.05.2019 16:00-20:00Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10 
6Yasamal rayonu05.05.2019 11:00-15:00Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8 
7Nizami rayonu07.05.2019 16:00-20:00Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28 
8Nəsimi rayonu11.05.2019 15:00-19:00Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112 
9Suraxanı rayonu13.05.2019 16:00-20:00Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3 
10Qaradağ rayonu15.05.2019 16:00-20:00Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23 
11Səbail rayonu17.05.2019 16:00-20:00Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16 
12Pirallahı rayonu19.05.2019 11:00-15:00Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25