A​BŞ hərəkətə keçdi: PXENYANDAN RAKETLƏRİ DƏ ALINIR

Baxış sayı:
4450

ABŞ Müdafiə naziri Ceyms Mettis iyunun sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Kiodo” agentliyi yayıb. Agentlik Mettisin Tokioda Yaponiya Müdafiə naziri İtsunori Onodero ilə görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzusunun Şimali Koreyanın tam denuklearizasiyası olacağı vurğulanıb.
Hər iki nazirin Pxenyanın təkcə nüvə silahı yox, həm də Yaponiyaya çata biləcək bütün raketlərdən imtina etməsi gərəkdiyi barədə razılığa gələcəyi açıqlanıb.
Hələlik rəsmi Tokio bu məlumatla bağlı heç bir açıqlama yaymayıb. Mətbuat isə səfərin gerçəkləşməsini ABŞ-dan çox Yaponiyanın istədiyini bildirib.