Bərzaniyə ən böyük ZƏRBƏ HAZIRLANIR

Türkiyə- İraq ticarətinin mənfəətini Habur sərhəd qapısı sayəsində təkbaşına yeyən Bərzaniyə ən böyük zərbə gəlir.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kürdüstan”dan keçən yeganə ticarət qapısı dəyişdirilir
 
Bərzaniyə ən böyük zərbə vuracaq
 
 Habur sərhəd qapısının qərbində açılacaq yeni yol Tel Afer və Mosuldan keçərək Bağdada uzanacaq. Yolun Mosul qovşağına qədər 120 kilometrlik hissəsi TSK-nın dəstəyi ilə İraq ordusu tərəfindən Peşmərgə güclərindən təmizlənəcək.
İraqla ticarət üçün tək qapıya məhkum edilən Türkiyə Habur yerinə dövrəyə girəcək Ovaköy Sərhəd Qapısı üzərində çalışır. Ankaranın Bağdada təklif etdiyi alternativ qapı, Şimali İraq-Şimali Suriya xəttində bina edilən terror dəhlizinə böyük zərbə endirəcək. ABŞ-İsrail tandeminə göbəkdən bağlı bir kukla dövlət inşası üçün qanunsuz referenduma imza atan İraq Regional Kürd Rəhbərliyinin (IKBY) lideri Məsud Bərzaninin can damarı da Ovaköylə kəsilmiş olacaq. Türkiyənin Habur Sərhəd Qapısı üzərindən İraqla bütövlükdə 8 milyard dollarlıq ticarət əlaqəsi var. Bu rəqəmin yalnız 1,5 milyard dolları Şimali İraqa aiddir. İraqın digər bölgələrinə gedən ən az 6,5 milyard dollarlıq məhsul yalnız Habur qapısından keçdiyi üçün Bərzaniyə məhkum edilmiş vəziyyətdədir. İraqa gedən malların tranzit haqqından böyük gəlir əldə edən Bərzani rəhbərliyi Ovaköyün dövrəyə girməsi ilə bu mənbədən məhrum olacaq.
 
Yeni sərhəd qapısının faydaları
 
 Ovaköy-Tel Afer-Mosul xəttinin kompleksi Bağdad ilə ticarətdə Şimali İraqı zərərsizləşdirməklə yanaşı həm İraq, həm də Türkiyə üçün mühüm strateji nailiyyətləri də bərabərində gətirəcək. Mütəxəssislər bu nailiyyətləri belə sıralayır:
 
 -İkitərəfli ticarətdə Ankara-Bağdad arasında birbaşa xətt qurulur.
 
 -TSK və İraq silahlı qüvvələri birgə hərəkət qabiliyyəti qazanır.
 
-Dəclə çayının qərb hissəsii tamamilə Bağdadın nəzarətinə keçir. Bağdad hökuməti Bərzanini 2005-ci ildə Konstitusiya dəyişikləri ilə çəkilən öz sərhədlərinə həbs etmiş olur.
 
 -Bağdadın IKBY üzərindəki təsir və səlahiyyəti daha çox hiss edilir.
 
- İran və Türkiyədən keçə bilməyən Bərzani İraq daxilində də sərhədlərinə sıxışdırılmaqla, hər tərəfdən mühasirə edilmiş olur. Bu hal onu geri addım atmağa təhrik edər.
 
- Kərkükdə yerləşən Türkmənlər başda olmaqla bütün xalqların keçmişdə olduğu kimi sərbəst yaşamasını təmin edəcək təhlükəsizlik mühiti yaranar. Kərkükə yenidən qayıdışı təmin edər və ticarət yolunun keçəcəyi bu bölgələrin rifahının yaxşılaşmasına töhfə verər.
 
- Təhlükəsizliyi təmin olunmuş ticarət yolu ilə İraqın şimalındakı PKK ünsürləri və Sincardaki terrorçular arasındakı əlaqə tamamilə kəsilmış olar.
 
- Suriya və İraq arasındakı yol kəsilmiş olar. Dolayısıyla PKK terror təşkilatı ilə Suriyadakı davamçıları PYD arasındakı “xilasetmə” xətti də tamamilə kəsilər.
 
- Türkiyənin yol marşrutuna quracağı bazalar sayəsində “müstəqil Kürdüstan”ı qurmaqla strateji məqsədlərə hesablanmış "Böyük İsrail” Layihəsinə də böyük zərbə endirilər.
 
- "Dəclə Qalxanı” kimi hərbi bir hərəkatla, yeni sərhəd qapısı Ovaköy də kommersiya kimliyinə bürünər, eyni nəticə alınar.
Müxalifət.az