Bərzaniyə ağır zərbə: ALTUNKÖRPÜNÜ DƏ İTİRDİ

İraq ordusu Kərkükün 45 km şimalında yerləşən Altunköprü qəsəbəsinə İraq mərkəzi hökumətinə bağlı təhlükəsizlik qüvvələri ilə Haşdi Şabi qoşunları təhlükəsizliyi təmin etmək məqsədilə girdi.
 
İraq ordusu Peşmərgəyə Altunkörpü qəsəbəsini tərk etməsi üçün 2 saat möhlət verib.
İraq qüvvələri bu gün üç saatlıq ağır döyüşdən sonra IKBY-nin əlindəki mübahisəli son bölgə olan Altunköprpünün nəzarətini tamamilə ələ keçirdi. Şəhərə girən İraq qüvvələri hökumət binalarına İraq Mərkəzi Hökuməti bayrağını asıb.
Peşmərgə Zap çayının yerləşdiyi Altunköprünü tamamilə tərk edib.
 
RƏSMİ AÇIQLAMA GƏLDİ
 
Anadolu Agentliyinin verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyinə bağlı “Müharibə Media Şəbəkəsi” tərəfindən edilən yazılı açıqlamada, "Terrorla mübarizə, federal polis və Haşdi Şabi gücləri, Altunköprüdə təhlükəsizliyi təmin etdi" deyildi.

Müxalifət.az