Bərzaninin vəzifə müddəti başa çatdı

Muxalifət.az xəbər verir ki, Şimali İraq Regional İdarəsinin başçısı Məsud Bərzaninin vəzifə müddəti dünəndən etibarən sona çatıb və vəzifələrini hökumət, parlament ilə ədalət şurasına təhvil verib.
Şimali İraq parlamenti ötn bazar günü keçirilən iclasda prezidentlik müddətinin bir daha üzadılmamasını qəbul eləməyib, vəzifəni təhvil verən Bərzaninin səlahiyyətləri səs çoxluğu ilə hökumət, parlament və ədalət şurasına verilib.
İraq Türkmən Cəbhəsindən olan Ərbil millət vəkili Aydın Maruf “Anadolu Agentliyi”nə verildiyi açıqlamada baş komandanlıq, peşmərgə və asayiş qüvvələri ilə fövqəladə vəziyyət elanı kimi səlahiyyətlərinin Nəcirvan Bərzaniyə təhvil verildiyini bildirib. Qanunları təsdiq, yaxud da veto etmək səlahiyyəti parlament başçısına, hakim və prokuror təyini ilə edam və əfv qərarı ədalət şurasına verilib.
İraq Kürd Regional İdarəsinin prezidenti vəzifəsi yeni seçkilərə qədər dondurulacaq.
Bərzani bundan sonra Kürdüstan Demokrat Partiyasının sədri olaraq fəaliyyətini davam etdirəcək.
Bərzani oktyabrın 29-da parlamentə göndərdiyi məktubda, 12 illik prezidentlik dövrünün bir daha uzadılmasını qəbul eləmədiyini, noyabrın 1-dən etibarən vəzifəsinə davam etməyəcəyini bildirib./Hurriyyet.org/