Bərzaninin son İRAQI PARÇALAMAQ PLANI: MKİ və Mossad HAZIRLADI

 Türkiyə, İran və İraqın atdığı birgə addımlarla çətin duruma düşən Bərzani son addım olaraq məzhəb kartını dövriyyəyə buraxdı.
 
Müxalifət.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.
 
Bərzaninin son planını MKİ və Mossad Kəşfiyyat Xidməti hazırlayıb
 
 İraq Mərkəzi Hökuməti tərəfindən sərhəd qapıları, hava limanları və neft sahələrini təslim etməsi barədə ultimatum verilən Bərzani rəhbərliyi məzhəb kartını işə saldı. İraq məclisindəki sünni deputatlar və sünni tayfa liderləri Bərzaninin qeyri-qanuni referendumunu qanuni saymaları məqsədilə təhrik edilir, ara qızışdırılır: "Siz də sünni federal bölgələr qurun deyə təzyiqlər olunur, tayfa liderləri və İraqlı millət vəkillərinəə müxtəlif vədlər verilir. Mossad kəşfiyyat xidmətinin və MKİ agentlərinin fəal rol oynadığı inandırma prosesi Ərbildən idarə olunur”.
“ Yeni Şəfəq” qəzetinə danışan İraqlı qaynaqlar bildirirlər ki, Bərzani, SünniTürkmən və Ərəblərlə Sünni federal bölgələrin yaradılması barədə intensiv danışıqlar aparır və bir çox tanınan isimlərə ciddi təkliflər də olunub. Burada əsas hədəf ölkəni daha kiçik hissələrə bölməklə İsrailin işğalına hazır vəziyyətə gətirməkdir.
 Bu yöndə fəaliyyət göstərən Bərzaniyə bağlı media qurumları İraqlı sünnilərin referendum hazırlığı içərisində olduğu haqda xəbərlər yayımlayır.
 
 İCTİMAİ QARŞILIĞI YOXDUR
 
Türkmən Ali Koordinasiya Şurasının katibi və İraqın keçmiş millət vəkili Həsən Özmən isə həmin təhrik etmə, qızışdırma haqqında fikirlərini bölüşüb. Son dövrdə Bərzani və tərəfdarları tərəfindən bu istiqamətdə intensiv təbliğat aparıldığını xatırladan Özmən, "Xəbərlərdə yer verilən insanların ictimai dəstəyi yoxdur. Burada məqsəd İraqı daha kiçik hissələrə bölərək İsrailin işğalına hazır hala gətirməkdir" dedi. "Regionda yaşayan xalqlara baxmayaraq, Təl-əvivdən Qafqaza uzanan bir pirat sədd yaratmaq istəyənlər, Sünni Ərəb və Türkmənləri bu oyunda istifadə etmək istəyirlər", deyə fikrini bildirən Özmən daha sonra bunları söylədi:
 
 "BİRLİK BİRGƏ ORTAQLIĞIMIZ”
 
 "Bütün İraq xalqı çətin bir dövrdən keçir. Ancaq biz bu vəziyyətdən daha çox parçalanaraq deyil, birliyimizi qoruyaraq çıxmalıyıq. Biz Türkmənlər olaraq bu istiqamətdə olunan təxribat təklifləri rədd etdik və buna da davam edəcəyik. Türkmən hüquqlarının konstitusion təminat altına alınması məsələsində mərkəzi hökumətlə əməkdaşlığa davam edəcəyik. Bu mövzuda söhbət etdiyimiz Ərəb, Xristian, Yezidi, Kürd, Xaldey bütün fərqli etnik və dini qrup nümayəndələri də İraqın birliyinin ortaq məqsədimiz olduğunu vurğulayırlar".

 
 ƏRƏBLƏR TƏLƏYƏ DÜŞMƏYƏCƏK
 
 "İraqın ən böyük Ərəb tayfa nümayəndələri Müttehit-in qrupundan Usame Nuceyfi, Hivar Partiyasının sədri Saleh Mütləq, Hal Partiyası sədri Camal Xəlbiri və İraq İslam Partiyası Sədri Səlim Cümhuri 25 Sentyabr referendumuna qarşı dəqiq mövqe nümayiş etdiriblər. Bərzani tərəfindən aparılan çirkli oyun və təkliflərə də qarşı olduqlarını elan ediblər. Beləliklə də "parçalanmış İraq və pirat Kürdüstan” layihəsinə ərəblərin dəstək verməyəcəyi bütün tayfa liderləri və siyasi nümayəndələri tərəfindən birmənalı şəkildə vurğulanıb”.
 
 "Yumşaq tikə” planı dövriyyədə
 
 İraqlı Türkmən millət vəkili Həsən Özmənin fikrincə., Mosul və Kərkükdə ərəblərə aid bölgələrin 40 faizini Bərzani qüvvələri işğal edib,indi də MKİ və Mossad planı ilə Sünnilər qızışdırılır. Özmənin dediyinə görə,müxtəlif vədlərlə aldadılan şəxslərin əksəriyyəti 2014-ci ilin iyun ayında İŞİD tərəfindən yurdları işğal edildiyi üçün Kürd bölgəsinə sığınan əlil insanlardır. Sayları 1 milyonu aşan bu insanların bölgələri 2016-ci ildən etibarən ABD-İsrail-Barzani ittifaqı tərəfindən işğal edilib. Özmən hesab edir ki, Bərzani və müttəfiqləri ilk növbədə bölgə insanlarının evlərinə qayıtmasına icazə verməli və işğal etdikləri ərazilərdən çıxmalıdır: "İsrail və ABŞ ilk növbədə Sionist dəhlizi inşa etmək, sonra isə uzun vədəli müharibələrin fitilini alışdırmaq üçün ölkəmizdə intensiv çalışırlar. Enerji xətləri və Sionist dəhlizi təsis etmək üçün "yumşaq tikə” doktrinasını dövrəyə buraxıblar. Bundan sonra da daha çox çirkin üsullardan istifadə edərək bu hədəfə çatmağa çalışacaqlar".
Müxalifət.az