Bərzaninin partiyasından gözlənilməz QƏRAR

Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin liderlik etdiyi Kürdistan Demokratik Partiyası (KDP) İraq Parlamentindəki iclaslara qatılmaq qərarı verib.
Muxalifət.az xəbər verir ki, KDP-li millət vəkili Nəcibə Nəcib partiya üzvlərinin uzun bir toplantı təşkil etdiyini və həmin toplantıda sabahdan etibarən paytaxt Bağdaddakı parlament iclaslarına qatılmağa qərar verdiklərini bildirib.
Millət vəkilinin məlumatına görə, bütün kürd partiyaları Bağdaddakı mərkəzi hökumətlə yaşanan mövcud böhranla yanaşı, ixtilafın olduğu hərbi, siyasi və maddi mövzulara həll yolu tapmaq üçün dialoq çağırışı edib.
Qeyd edək ki, İraq parlamenti sentyabrın 25-də keçirilən qanundankənar müstəqillik referendumunu tanımadığı üçün kürd millət vəkilləri parlament iclaslarını boykot etmişdi.