Bərzaninin partiyasından GERI ADDIM: İRAQ PARLAMENTİNƏ QAYITDILAR

Keçmiş IKBY sədri Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının (KDP) İraq Parlamentindəki üzvləri müzakirələrə yenidən qoşulmaq qərarı alıb.
 
KDP-nin deputatı Nəcibə Nəcib verdiyi açıqlamada, partiya rəsmilərinin bu gün Ərbil şəhərində böyük bir toplantı keçirdiyini və sözügedən iclasda sabahdan etibarən paytaxt Bağdaddakı İraq Parlamentinin iclaslarına qatılmaq qərarı verdiyini bildirib.
 
PROBLEMİN HƏLLİ ÜÇÜN DİALOQ ÇAĞIRIŞI
 
 Nəcib, bütün Kürd partiyaların Bağdaddakı mərkəzi hökumətlə baş verən mövcud böhranla yanaşı, ixtilafın olduğu hərbi, siyasi və maliyyə məsələlərinin həlli üçün dialoq çağırışının edildiyini də deyib.
Qeyd edək ki,kürd millət vəkilləri, 25 sentyabrdakı qeyri-qanuni referendumun nəticələrini İraq parlamenti tanımadığı üçün sentyabr ayının sonundan etibarən parlamentdəki debatlarda iştirak etməməyə qərar vermişdi.
Müxalifət.az