Bərzaninin kreslosunda KİM OTURACAQ: ABŞ HANSI NAMİZƏDİ DƏSTƏKLƏYİR

IKBY-də liderlik üçün əsas üç isim yarışır. Namizədlərdən biri Bərzaninin oğlu Mesrur küçə nümayişlərini tətikləməklə müxalifləri təzyiq altında saxlayır, baş nazir Neçirvan da Kürd liderlərlə gizli görüşlər keçirir. ABŞ isə keçmiş başqan Bərzaninin müavini Kosret Rəsulu dəstəkləyir.
Vəzifə müddəti 2013 ildə bitməsinə baxmayaraq 2 dəfə seçkiləri gecikdirən və müstəqillik referendumu ilə siyasi ömrünü uzatmaq istəyən İraq Kürd Regional Rəhbərliyi (IKBY) başçısı Məsud Bərzani, hakimiyyəti ailəsində saxlamaqla, regionu arxa planda idarə etməyə planlayır. Səlahiyyətlərini parlamentə təhvil verərək Bağdadın təzyiqindən xilas olan Bərzaninin kreslosuna sahib çıxmaq üçün əsas 3 namizədin adı hallanır. Bunlar Bərzaninin qardaşı oğlu və IKBY-nin baş naziri Neçirvan, Bərzaninin oğlu və IKBY Təhlükəsizlik Şefi Mesrur və Kürdüstan Yurdsevərlər İttifaqı (KYB) baş katibinin müavini və IKBY-nin başqan müavini Kosret Rəsuldur.
DƏYƏNƏKLİ LİDERLİK YARIŞI BAŞLAYIB
Yerli qaynaqlar müstəqillik referendumuna ən böyük dəstəyi verən IKBY Təhlükəsizlik Şefi və Bərzaninin oğlu Mesrurun, prezidentlik mandatının baş nazir Neçirvana keçmə ehtimalı üzərində adamlarını hərəkətə keçirdiyini irəli sürürlər. Mesrurun küçələrdə etiraz nümayişlərini idarə və müxalif partiyaların qərargahlarının yandırılmasını təşkil etdiyi deyilir. Bununla Məsrur küçələrdə müxalifləri qorxudurkən, əmisi oğlu və kürəkəni, baş nazir Nəcirvan da sarayda daha çox diplomatik görüşləri sürətləndirməklə prezidentliyin ailə daxilində qalmasına çalışırlar. Bu bir Bərzani planıdır.
ABŞ KOSRET RƏSULUN PREZİDENT OLMASINI İSTƏYİR
Məsud Bərzaninin kürəkəni və qardaşı oğlu olan IKBY baş naziri Neçrivan prezident kürsüsündə oturmaq üçün diplomatiya işlərini sürətləndirib. Bağdad və Ankara ilə yaxşı münasibətlərə malik olan Neçirvan bölgənin söz sahibi olan şəxslərini prezident olması üçün inandırmağa çalışdığı bildirilir.
Digər tərəfdən, prezidentlik yarışının Bərzani ailəsi içərisində davam etməsindən narahat olan ABŞ-ın isə IKBY sədr müavini və Tələbaninin rəhbərlik etdiyi KYB-nin baş katib müavini Kosret Rəsulun prezident olmasını istədiyi deyilir. Ərbil rəhbərliyinin xarici işlər mənbələri Vaşinqtonun referendum prosesində KDP-yə dəstək verən Kosret Rəsulu ən azından yeni sədr seçilənə qədər lider görmək istədiyini iddia ediblər. ABŞ-ın terror təşkilatı PKK/PYD ilə də yaxşı münasibətləri olan Resulu dəstəkləməklə Tələbani KYB-sinin Tehran-Bağdad xəttinə meyllənməsinə mane olmaq istədiyi qeyd edilib.
Müxalifət.az