Bərzaninin “dondururuq” qərarına TÜRKİYƏDƏN İLK TƏPKİ GƏLDİ

Türkiyənin baş nazir Binalı Yıldırım Bərzaninin referendum nəticələrinin dondurulması ilə bağlı verdiyi qərara ilk olaraq təpki verdi.
 
Qanunsuz referendumdan sonra himayədarlarının meydanda tək buraxdığı Bərzani Türkiyə-İraq-İranın birgə iş birliyi ilə küncə sıxışdırıldı. İraq ordusunun keçirdiyi hərbi əməliyyatlardan sonra özünün 2003-ildə mövcud olduğu sərhədləri çərçivəsinə sıxışdırılan Bərzani, başqa çıxış yolu görməyincə,  İraq mərkəzi hakimiyyəti ilə dialoqa getmək xatirinə referendumun nəticələrinin dondurulması qərarı verdi.
Bərzaninin bu qərarına Türkiyədən ilk təpki baş nazir Binalı Yıldırımdan gəldi. Baş nazir Yıldırımın dedikləri:
"Bərzani az əvvəl “referendum öncəsi şərtlərə qayıdırıq”, açıqlaması verib. İndi soruşuruq, bəs bu nöqtəyə gələcəkdinsə, onda niyə səhvlərində israr etdin? Nə isə, yanlış hesab Bağdaddan dönər. Yanlış hesab Bağdaddan dönmüş oldu" deyərək, fikrini tamamlayıb.
Baş nazirin sonuncu cümləsi onu deməyə imkan verir ki, görünür, bu fikri son dəqiqə xəbəri olaraq ona çatdırıblar deyə, o, “Yanlış qərar Bağdaddan dönmüş oldu” ifadəsini işlədib.

Müxalifət.az