Bərzanidən SAXTA referendum: Dünyaya rəzil oldular

Bərzani rəhbərliyi, müstəqillik referendumunda iştirak nisbətini yüzdə 72 olaraq verib, ancaq öz mətbuat orqanlarında verilən şəhərlərə aid faizlər 85-90 faiz səviyyəsində göstərilir.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Regional Kürd Rəhbərliyi (IKBY) nəticələri açıqlamağa başlayıb.
Ancaq Məsud Bərzani rəhbərliyinin yayım orqanı Rudawın verdiyi məlumatlarda ziddiyyətlər var. Rudaw, referendumda iştirak nisbətini yüzdə 72 olaraq manşetə daşıdı.
Xəbərin içərisində isə şəhərlərdəki iştirak nisbətləri yer alır. Orta hesabla 85-90 faiz səviyyəsində seyr edən nisbətlərdə yalnız iki yerdə azalma var. Bunlardan biri yüzdə 62  ilə Qaratəpə, digəri də yüzdə 76 ilə Cebare.
Müxalif Kürdlərin qalası olan Süleymaniyyədə isə iştirak nisbəti xəbərdə göstərilmir. Süleymaniyyədə 55 faizin səsverməyə getdiyi və geri qalanının etiraz üçün səs vermədiyi məlum olur.
Seçici iştirakının aşağı olduğu yerlərin nəşrlərdə ümumiyyətlə əks etdirilmədiyi ehtimal edilir.
Müxalifət.az