Bərzanidən HİYLƏGƏR PLAN – TAKTİKA DƏYİŞDİRDİ

 İraq mərkəzi hökumətinə bağlı təhlükəsizlik güclərinin dünəndən bu yana Kərkük, Dakuk, Gulala, Tuzhurmatu və Sincarı ələ keçirməsinin ardından Bərzani höküməti  taktika dəyişdirdi.
 
Müxalifət.az xəbər verir ki, Kərkük məğlubiyyətindən sonra Bərzani və havadarları hərəkətə keçiblər. İKBY rəhbərliyi taktika dəyişikliyi edərkən, ABŞ və İsrail isə İŞİD kartını yenidən sahəyə sürdü. Belə ki, İraq ordusu və İran dəstəkli Haşdi Şabi gücləri Kərkükü və digər bölgələri azad edincə, ABŞ və İsrail dərhal İŞİD-i dövriyyəyə buraxaraq, Kərkük ətrafında 2 kəndi işğal etdilər. Məqsəd də daha çox bölgələrin İranın nəzarətinə keçməməsi və müttəfiqləri Bərzani hakimiyyətini qorumaqdır.
Dünən ABŞ-ın Bağdad səfirliyi, Kərkükdəki bütün tərəflərə hərbi əməliyyatları dayandırmaq çağırışı etməsinə baxmayaraq, İraq Mərkəzi hökuməti hərbi əməliyyatlarına davam etdi və Peşmərgə ilə ciddi bir qarşıdurma yaşamadan Ərbilin yaxınlarına qədər gəldi.
 
 PEŞMƏRGƏ ÇƏKİLDİ, ABŞ-lı ƏSGƏRLƏR YERLƏŞDİ
 
Kərkük məğlubiyyətinin ardınca regionu yenidən şəkilləndirmək istəyində olan ABŞ və İsrail Bərzanini qorumağa tələsdilər. IKBY-nin mühüm əraziləri itirdiyini görən ABŞ regionun hakimiyyətini İran dəstəkli Haşdi Şabiyə verməmək üçün Bərzani ilə razılaşdı. Peşmərgə gücləri Mahmur və Geverden çəkilərək bəzi qərargahlarını ABŞ qüvvələrinə buraxdı.
 
 ƏRBİLƏ ƏN YAXIN NÖQTƏ
 
 İraq ordusu, federal polis gücü və Haşdi Şabiden ibarət birgə qüvvələr səhərin erkən saatlarında tutduqları Mosulun Kayyara qəsəbəsindən rayon mərkəzinə doğru hərəkət etdi.
 Rayon mərkəzində yerləşən Kürdüstan Demokrat Partiyasına (KDP) bağlı Peşmərgələr isə bütün dövlət qurumlarından çəkildikcə, Bağdad rəhbərliyinin hərbi əməliyyat təhdidi də işə yarayır. Qeyd edək ki, Mahmur IKBY-nin paytaxtı olan Ərbilə təxminən 60 kilometr məsafədə yerləşir.
Müxalifət.az