Bərzanidən AÇIQLAMA: PEŞMAN DEYİLƏM

Bərzani: "ABŞ, Kürdlərlə olan münasibətlərini nəzərə alaraq hücumlara icazə verməməli idi"
 
 İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) 25 sentyabrda keçirdiyi müstəqillik referendumunun nəticələri hələ də yerli xalqa acılar yaşatmağa davam edir. Kərkükün İraq mərkəzi hökuməti ordusu tərəfindən ələ keçirilməsi ilə nəticələnən prosesin əks-sədaları müxtəlif bölgələrdə və yönlərdə davam edir. Proseslər göstərir ki, Şimali İraq üzərindən oynanılan oyunlar daha şiddətli formada davam edəcək. Nisbi sakitlik də sadəcə böyük fırtına öncəsini xatırladır.
 Regionda böyük oyunun icraçısı kimi seçilən Bərzani prosesdə hər şeyi bərbad etsə də, böyük partlayışların fitilini çəkərək vəzifəsindən getdi. Bərzaninin verdiyi açıqlamalar və davranışlarından da hiss olunur ki, etdiklərinə görə heç də peşmanlıqdan əsər-əlamət yoxdur, sadəcə nəticələrdən məmnun deyil. Məsud Bərzaninin verdiyi son açıqlama da bunları ortaya qoyur: “Referandum qərarından peşman olmamışam. Sadəcə Kürdüstan bölgəsinə hücum olacağını gözləmirdik. ABŞ, Kürdlərlə olan münasibətlərini nəzərə alaraq hücumlara icazə verməməli idi”.
Müxalifət.az