Bərzani Ərbilə sıxışdırılır: YENİ SƏRHƏD QAPISI AÇILIR - ANALİZ

Baxış sayı: 325

Kərkükdə nəzarəti ələ aldıqdan sonra Sincara keçən İraq ordusu, Bərzaninin qazanc mənbəyi olan Türkiyənin Habur Sərhəd Məntəqəsini dövrə xaricində buraxmaq üçün inşa edəcəyi “Ovaköyün” marşrutunu təmizləyir.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq ordusu, Türkiyənin Habur Sərhəd Məntəqəsini dövrə xaricində buraxmaq üçün inşa edəcəyi “Ovaköy” marşrutunu təmizləyir.
Kərkükü tam nəzarət altına aldıqdan sonra Hanek və Diyala üzərindən Sincara keçən İraq ordusu, Türkiyənin Habur Məntəqəsinə alternativ olaraq inşa edəcəyi “Ovaköy” marşrutunu təmizləyir. Haşdi Şabi milislərinin dəstəyi ilə Mosulun qərbindəki regiona gedən Bağdad rəhbərliyinə bağlı qüvvələr, Kərkükdən Türkiyəyə gedən neft kəməri boyunca şimala doğru gedir. Kərkük və Mosuldan Türkiyə- İraq sərhədinə qədər olan ərazini Peşmərgədən təmizləyib, təhlükəsiz vəziyyətə gətirəcək İraq ordusu, burada yeni inşa ediləcək Sərhəd Məntəqəsi üçün də yol açır.
 
BƏRZANİ ƏRBİLƏ SIXIŞDIRALACAQ
 
İraq ordusu, “kukla dövlət” cəhdinin memarı olan Məsud Bərzaniyə qarşı apardığı hərbi əməliyyatla Peşmərgəni mübahisəli ərazilərdən çıxardı. Şimala yönəlik aparılan əməliyyat başa çatandan sonra Bərzaninin əlində yalnız Habur Məntəqəsinin ötəsində kiçik bir region qalacaq. Burada da ticarət yolu, yaxud neft kəməri üçün təhlükəsiz dəhliz açılmasına ehtiyac yaranacaqsa, Bərzaninin bu ərazilərdən də çıxarılması gündəmdədir. Bölgədə 36 saat ərzində atılan bütün bu addımlar Türkiyə, İraq və İranın birgə strategiyası əsasında həyata keçirilir.
 
 
 Abdullah Manas
 
 BORU KƏMƏRİNİN MARŞRUTU
 
Son bir neçə gündür cərəyan edən prosesləri dəyərləndirən Strategiya üzrə ekspert Doktor Abdulla Manas, "İraq ordusu Sincardan Tel Afer üzərindən Silopi, Ovaköyə qədər gedəcək. İraqdan Türkiyəyə gedən neft boru marşrutunu təminata alacaqlar. Boru kəmərinin Türkiyə ərazisindən çıxdığı bölgə olan Silopi də bir müddətdir ki, əsgərlərimiz təlim keçirir. Hazırda aparılan əməliyyatın məqsədi Bərzanini 1970-ci ildəki mövcud sərhədlərinə sıxışdırmaq, yaxın perspektivdə neft kəməri marşrutunun təhlükəsizliyini təmin etməkdir" deyə, şərh verib. Sonra İraqda atılan bütün addımların Ankara-Bağdad-Tehran əməkdaşlığında baş verdiyini dilə gətirən Manas bunları deyib:
 "Bu gün İraq ordusunun Haşdi Şabi ilə regionda atdığı addımlar Türkiyəsiz atılan addımlar deyil. Əksinə, Türkiyə ilə bütün məsələlər razılaşdırılaraq həyata keçirilir. Əgər yerli qüvvələr orada çətinliyə düşsəydi, PKK hücumlarına məruz qalsalardı, onda Türk Silahlı Qüvvələri buradan müdaxilə edəcəkdi. Bundan bir ay əvvəl enerji nazirimiz özü açıqlayıb ki, bütün İraq neftini biz satacağıq. Bu açıqlama bu gün atılan addımların nəticələrini və yekun istiqamətini göstərir. İndi İraq ordusu Sincardan Silopi, Ovaköyə çıxacaqlar. Neft kəmərini, bu səbəbdən də yeni ticarət yolunu təminata alacaqlar".
 
ANKARA BU İŞİN APARICISIDIR
 
"Kərkük neftləri üçün yeganə sağlam marşrut “Kərkük-Yumurtalıq” xəttidir. Bu kəmərin təhlükəsizliyi təmin edilincə, Türkiyə "Yeni sərhəd qapısını, yəni Ovaköyü açıram”, deyəcək. Türkiyə ilə aparılan razılaşma bunu nəzərdə tutur. Buradan baxanda bu prosesdə qabaqcıl ölkənin Türkiyə olduğunu görürük. Türkiyə icazə verməsəydi, bu proseslər bu şəkildə baş verməzdi. Türkiyənin atdığı addımlar və etdiyi liderlik regionu bu vəziyyətə gətirdi. Həm Suriya, həm də İraqda oyunlar pozuldu və yeni tarazlıq şəraiti yaradılır. Bu nisbətlərdə də əsas hədəf ərazi bütövlüyüdür.

Müxalifət.az