Bərzani Peşmərgələri MAHMURDAN DA ÇƏKİLDİ

İraq mərkəzi hökumətinə sadiq təhlükəsizlik qüvvələrinin daha əvvəl Peşmərgənin nəzarətindəki Mosulun Sincar və Mahmur rayon mərkəzlərinə girdiyi, nəzarəti tamamilə təmin etdiyi bildirilib.
 
Müxalifət.az-ın bildirdiyinə görə, Anadolu agentliyinə Sincardaki Peşmərgə komandirlərindən olan Kasım Şeşo xəbər verib ki, erkən saatlarda İraq ordusu, federal polis və Haşdi Şabi ortaq gücləri Sincar rayon mərkəzinə daxil olublar.
 Sincarda hər hansı bir qarşıdurmanın olmadığını deyən Şeşo, qüvvələr nisbətinin kürdlərin xeyrinə olmadığı üçün döyüşə girmədiklərin qeyd edib. Şeşonun iddiasına görə, İranlı hərbi müşavirlər da təhlükəsizlik qüvvələrinin arasında olub.
 Şeşo, bütün dövlət idarələrini boşaldıb, geri çəkildiklərini vurğulayıb.
Qeyd edək ki, sözügedən rayonda Kürdüstan Demokrat Partiyasına (KDP) bağlı Peşmərgə qüvvələri yer alırdı.
Müxalifət.az