​Bərzani niyə istefa verdi? - Rusiyalı ekspert açıqladı

İraq Kürd Muxtariyyətinin sədri Məsud Bərzani referendumun keçirilməsi və müxalif qüvvələrin bu referenduma dəstək verməsi üçün şərt olaraq yeni seçkidə iştirak etməməyi qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moskva İnnovativ İnkişaf İnstitutu İslam Araşdırmaları Mərkəzinin direktoru Kirill Semyonov "Rusiya Tudey" televiziyasına açıqlamasında bildirib.
"Əgər hakimiyyətdə Bərzaninin yerini qohumları alsa, heç bir şey dəyişməyəcək", - Semyonov qeyd edib.
Yeni hakimiyyət mübarizəsində uğur əldə edə biləcək yeni güc kimi göstərilən "Qoran" hərəkatının şanslarını dəyərləndirən Semyonov bunları qeyd edib: "Qoran həqiqətən də çox təsirli müxalif qüvvədir. İslami partiyalar ilə koalisiya daxilində bu hərəkat yeni seçkilərdə lider mövqedə ola bilər. Amma bu mühüm məqam var. Kürdüstan Vətənpərvər İttifaqı və Kürdüstan Demokratik Partiyasından fərqli olaraq Qoran silahlı qüvvəyə sahib deyil. Bu üzdən istədiyi qədər seçki əldə etsin, hakimiyyəti ələ keçirməsinə icazə verilməyəcək".