“Bərzani Kərkük neftini İsrailə satırdı” – DEPUTAT HƏSƏN TURAN

Türkmən nümayəndə heyətindəki ITC sədr müavini Turan, Bərzaninin 4 il işğal altında saxladığı Kərkükdən çıxan nefti qeyri-qanuni yollarla İsrailə satdığını söyləyib.
 
Prezident Ərdoğanla görüşən Türkmən nümayəndə heyətindən İraq Türkmən Cəbhəsinin sədr müavini və Kərkük millət vəkili Həsən Turan, vəzifəsindən ayrılan İraq Regional Kürd Rəhbərliyi Lideri (IKYB) Məsud Bərzaninin Kərkük neftini gizli gizli İsrailə satdığını söyləyib.
 
 ƏN ÇOX İSRAİLƏ SATIRDI
 
Turan, Kərkükün Peşmərgə işğalından azad olunmasından sonra İsrail mətbuatında "Kərkük neftindən məhrum qaldıq. Bu qədər nefti ucuz qiymətə alıb, təkrar ixrac edirdik” xəbərlərinin dərc olunduğunu bildirərək, bunları qeyd edib: "Ən çox nefti İsrail alırdı. Sonra İtalyan şirkətləri vardı. Gəlirin hamısı Şimali İraq hökumətinə gedirdi. İndi gündəlik 595 min barrel ixracdan Kərkük quyuları İraq hökumətinin nəzarəti altına keçdikdən sonra bir azalma baş verib. Hələlik yalnız 225 min barel ixrac etmək mümkün olur. Aradakı fərq Kərkükdən sövq edilən neft idi. Artıq o məsələ bitdi, şansları yoxdur".
Turan, Kərkük neftinin Türkiyəyə boru kəməri ilə təkrar nəqlinə imkan verəcək kəmərin təmirinin aparıldığını qeyd edərək, belə deyib: “Neft hazırda ixrac edilmir. Çünki Kərkük boru kəmərinin bir hissəsi İŞİD tərəfindən partladılmışdı. Ümid edirik ki, yaxın 3- 6 ay ərzində o kəmər bərpa edilərək təkrar ixracata başlanacaq. Kəmərin 5-6 kilometri Şimali İraq rəhbərliyinin nəzarətindəki rayondan keçir. İŞİD-in dağıtdığı hissə də bərpa edilir. Kəmərin Şimali İraq ərazisində olan hissəsini isə Ovaköydən geçirdəcəyik. O kəmər artıq birbaşa Kərkükdən gələcək. Şimali İraqa girmədən Türkiyə sərhədlərinə daxil olaraq, Ceyhana qədər uzanacaq.
 
 Referendum davası Diyarbəkirə sıçrayaqdı
 
Türkmən nümayəndə heyətində yer alan başqa bir Kərkük deputatı Məhəmməd Mehdi Bayatı, "Referendum davası Zahoda, Ərbildə, Süleymaniyyə bitməyəcəkdi. Diyarbəkirə də sıçrayacaqdı" deyə, açıqlama verib.
Bayatı, İraq Konstitusiyasının 140-cu maddəsinin Türkmənlər, Ərəblər, Yezidilər, Şebekilərin haqlarını arxa plana çəkdiyini bildirərək, "Bu maddə qaldırılmadığı müddətdə İraq parçalana bilər. 140-ci maddə, Kürdlərə dövlət qurmaq hüququ verərkən, Türkmənə, Ərəbə bir şey vermir" deyə söyləyib. Kərkükdə dövlət müəssisələrində çalışanların 80 faizinin Kürd olduğunu deyən Bayatı, bu vəziyyətin dəyişdirilməsinə ehtiyacın olduğunu bildirib:
"Bu nisbət 32 faiz olaraq üç bərabər şəkildə bölünməlidir. İraqı parçalamaq üçün belə bir idarəetmə tətbiq edilib.
Referendum davası Zahoda, Ərbildə, Süleymaniyyə bitməyəcəkdi. Diyarbəkirə də sıçrayacaqdı. Biz Kərkükdə iki düşmən gördük. Biri bizi gəlib kəssin, öldürsün, yox etsin deyə ortaya çıxardılar ki, onun adı İŞİD-dir. Kürdlər də düşmən deyildi, amma "mən varam, sizi yox sayıram, deyərək bizi yox etmək istədilər. Burada hədəf təkcə Kərkük deyil. İraq, Türkiyə, İran milləti burada hədəfdir. Məsələ, Kərkük-Türkmən məsələsi deyil.
Mən bilirəm ki, Amerika İraqa gələndə mənə kömək üçün gəlmir. Mən Amerikanın İŞİD-in İraqda qalmasını istəmədiyinə inanmıram. İŞİD Amerikanın kuklasıdır. İstədiyi zaman onu Suriyada, İranda, Türkiyədə istifadə edə bilər.
Qeyd edək ki, İraq Konstitusiyasındakı 140-cı maddə ABŞ-ın İraqı 2003-ildə işğalından sonra əlavə edilmiş və “Kürdüstan”ın daha böyük əraziləri ehtiva etməklə müstəqilliyi üçün düşünülüb. Bu, ABŞ-ın “Böyük Orta Doğu” layihəsinin tərkib hissəsi olaraq  vardır və 25 sentyabrda keçirilən müstəqillik referenduma da məhz bu böyük plana xidmət edir.

Müxalifət.az