Bərzani istefa verdi – QAPALI TOPLANTI...

Bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib.
Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
M. Bərzaninin istefa barədə məktubu bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M. Bərzaninin istefası rəsmiləşib.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.(APA)