​Bərzani İraqla savaşa hazırlaşır – Səngər qazılır

İraq hökumətinin Kərkükdə nəzarəti geri qaytarmasından sonra peşmərgə qüvvələrinə Kərkük-Ərbil yolunda səngər qazmaları əmr olunub.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, Kürd Muxtariyyəti bu addımı İraq ordusunun daha da irəliləməsindən ehtiyat edərək atıb.
Qeyd edək ki, bir qədər əvvəl İraqın hökumət qüvvələri Kərkük şəhərinə nəzarəti geri qaytarmışdılar.