​Bərzani ilk dəfə danışdı: “Günah kürd liderlərdədir”

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Kərkükdə baş verən son hadisələrə görə kürd partiya liderlərini günahlandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, “Kərkükdə baş verənlər kürd partiyaların verdikləri fərdi qərarların nəticəsində yaşandı” – deyə, Bərzani əlavə edib.
O, kürdlərin “müstəqillik referendumu”nda verdikləri səslərin “boş-boşuna” olmadığını söyləyib.
İraqın baş naziri Heydər əl-İbadi isə referendumun bitdiyini və keçmişdə qaldığını deyib. Bağdadda keçirdiyi mətbuat konfransında danışan İbadi kürd liderlərə Konstitusiya çərçivəsində dialoq çağırışı edib.