Bərzani hökümətində SAVAŞ PANİKASI: PƏŞMƏRGƏLƏR ƏRBİL-MOSUL YOLUNU BAĞLADI

IKBY-nə bağlı Peşmərgənin İraq ordusunun hücuma keçəcəyi əndişəsi ilə Ərbil-Mosul avtomobil yolunu müvəqqəti olaraq bağladı
 
 
İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmərgənin İraq ordusunun əməliyyat təşkil edəcəyi əndişəsi ilə Ərbil-Mosul avtomobil yolunu müvəqqəti olaraq bağladığı bəyan olundu.
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i xəbər verib.
 AGENTLİK müxbirinə danışan Ərbil polisinin nümayəndəsi son bir neçə gündür İraq ordusunun Peşmərgənin yerləşdiyi mövqelərə yaxın ərazilərdə hərbi fəallığından dolayı Ərbil-Mosul avtomobil yolunun müvəqqəti bağlanıldığını deyib.
 Mosulun şərqində yerləşən Başika qəsəbəsindəki Peşmərgə komandirlərindən biri Qafur Bradosti də Haşdi Şabi milislərinin Peşmərgə mövqelərinə yaxın kəndlərin əhalisini onlara hücum etməyə təşviq etdiyini irəli sürüb. Bradosti bu səbəblə Mosul şəhər mərkəzinə gedən bütün yolların bağlanıldığını söyləyib.
 İraq ordusununı 76-cı briqadasınıni kapitanı Besam Səid də Mosulun cənub-şərqindəki Nəmrud qəsəbəsinə bağlı Selami kəndi yaxınlığında Peşmərgəyə aid bir insansız hava uçağının vurulduğunu bildirib.
 
 AMERİKALI SABİQ SƏFİRDƏN "KƏRKÜKƏ TƏCAVÜZ" İDDİASI
 
 Digər tərəfdən, ABŞ-ın keçmiş Bağdad səfiri Zalmay Halilzad sosial media hesabından verdiyi açıqlamada İran İnqilab Mühafizəçiləri Qüds Gücü Komandanı Qasım Süleymaninin Kərkükə hücum etmək üçün Haşdi Şabiyi təşviq etdiyini irəli sürüb.
 Halilzad, ABŞ-ın mümkün bir qarşıdurmanın qarşısının alınması üçün fəal olmasına ehtiyac olduğunu  deyib.
 IKBY Təhlükəsizlik Agentliyi dünən verdiyi bəyanatda İraq mərkəzi hökumətinin Kərkük vilayətinə qarşı əməliyyat hazırlığında olduğunu irəli sürmüşdü.
 İraq mərkəzi hökuməti sözçüsü Sədi Hədisi isə "Kərkükə hərbi təcavüz" iddiasını təkzib etmişdi.
Müxalifət.az