​Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki...

Kürdüstan xalqı bilsin ki, lazım olan hər şey ediləcək.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani İraq ordusunun əməliyyatları ilə bağlı çıxışında deyib.
“Tarix boyu Kürdüstan xalqının haqları pozuldu və onlar zülmə məruz qaldılar. Kürdüstan xalqı milli kimliyini qorumaq üçün soyqırımlara məruz qaldı. Biz heç zaman müharibə tərəfdarı olmadıq. Öncə asayişi qorumalıyıq. Kürdüstanda bəzi siyasi cəbhələrin və şəxslərin qərarlarından dolayı Kərkükdə bu hadisələr baş verdi”, - kürd lider bildirib.
Qeyd edək ki, İraq ordusu Kərkükün mərkəzinə nəzarəti ələ keçirib.