​Bərzani həddi aşdı: Heç bir güc strukturu...

 
Heç kim referendumun nəticələrinin ləğv ediləcəyini fikirləşməsin.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin baş müşaviri Hemin Hevrami deyib.
“Heç bir güc strukturu belə bir qərar verə bilməz. Sentyabrın 25-də keçirilmiş referendumun nəticəsi millətin verdiyi qərardır”, - baş müşavir bildirib.
O, Bərzaninin rəsmi Bağdadla danışıqlara hazır olduğunu xatırladıb.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb