Bərzani bu tarixdə hakimiyyətdən gedəcək

İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani hakimiyyətdən gedəcəyi tarixi açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Bərzani parlamentə göndərdiyi məktubda noyabrın 1-də səlahiyyətlərini Kürdüstan parlamentinə və Kürdüstan Regional Hökumətinə verəcəyini açıqlayıb.
Qeyd edək ki, Bərzani 25 sentyabrda keçirilən qanunsuz referendumdan sonra İraq hökuməti tərəfindən sərt addımlarla üzləşib.