Bərzani aylıq 5 MİLYONDAN MƏHRUM OLDU

Kərkükü itirən Bərzaninin, Peşmərgələr tərəfindən  idarə olunan gündəlik 300 min barreldən artıq nefti itirdiyi bildirilir.
 
İraq Neft Nazirliyinin sözçüsü Asım Cihad, Anadolu Agentliyinə verdiyi açıqlamada, "IKBY-nin neft istehsalı və satışıyla bağlı şəffaf məlumat və ya statistika olmasa da, şimaldan gündəlik təxminən 800 min barel neft ixrac edirdi. Bunun 300 min bareldən çoxu Kərkükdəki Bəy Həsən və Avana neft sahəsindən çıxarılırdı", deyə bildirib.
Məlumata görə, IKBY buradakı neft satışından ayda təxminən 4,5- 5 milyon dollar gəlir əldə edirdi. Kərkükün təxminən 13 milyard barrel neft ehtiyatına sahib olduğu bilinir. Bu da ölkədəki ehtiyatın 12 faizini təşkil edir.
İraqlı enerji mütəxəssisi Həmzə Cavahiri İraq mərkəzi rəhbərliyinin Kərkük və mübahisəli ərazilərdə olan neft sahələrinin 100 faizinə hakim olduğunu və buralarda yenidən nəzarəti ələ keçirdiyini deyib.
Kərkük-Ceyhan neft boru kəmərinin daha əvvəl də bir neçə dəfə hücuma məruz qaldığını xatırladan Cavahiri, Peşmərgənin geri çəkilərkən Kərkükdəki neft yataqlarından Bəy Həsən və Avana neft yataqlarının böyük hissəsini yandırdığını da qeyd edib. Onun fikrincə, boru kəmərinin yenidən bərpa olunması üçün ən azı 6 ay vaxt lazımdır.
 
Neft qaçaqmalçılığı edə bilməyəcəklər
 
Cavahiri Kərkük-Ceyhan neft boru xəttindən oğurluq, yaxud əngəl olma ehtimalına qarşılıq isə bunları deyib::
“Mərkəzi rəhbərlik ölkənin şimalındakı bütün neft yataqlarında nəzarəti təmin etmişdir. Neft ixracı İraq Milli SOMO Şirkəti vasitəsilə aparılacaq. Bərzani qrupu, IKBY-dən keçən borulardan neft qaçaqmalçılığı edə bilməyəcək. Bu neft ya Kərkük-Ceyhan boru kəmərindən gedəcək, ya getməyəcək. Ancaq neft axınının dayanması Kürdlərin xeyrinə olmayacaq. Çünki bunun zərbəsi Kürd xalqına dəyəcək. IKBY məmurları maaşlarını məhz buradakı gəlirdən əldə edir".
İraqlı enerji mütəxəssisi Mahmur yaxınlığındakı neft quyularının rəhbərliyinin də Peşmərgə və Bağdada bağlı qüvvələr tərəfindən qorunacağını da deyib.

Müxalifət.az