Bərzani ABŞ-a “yox” dedi

ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığında referendumun təxirə salınması tələbinə yox, Bağdadla dialoqun aparılmasına razılıq verdim.
 
Bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.
Onun sözlərinə görə, referendum qəti şəkildə təxirə salınmayacaq: “Hər iki tərəfin daha yaxşı gələcəyi üçün Bağdadla dialoqa razılaşdıq. Hazırki vəziyyətdə və mövcud basqı altında 2 ilə qədər müttəfiq qala bilərik. Lakin Bağdadın Kürdüstana qarşı siyasəti dəyişməyib. Bizim ali hüquqlarımız pozularsa, bu ortaqlığa son qoyulacaq”.teleqraf.com