Bryus Uillis dünyanı koronavirusdan xilas etmək qərarı verdi - FOTO

Baxış sayı:
1299

Məşhur Hollivud ulduzu Bryus Uillis karantini keçmiş arvadı Demi Mur və uşaqları ilə birlikdə keçirir. Özünütəcrid rejimində ailənin ən sevimli hobbisi müxtəlif kostyumlar geyinməkdir.

Bu dəfə aktyor öz qarderobundan “Armageddon” filmində istifadə etdiyi narıncı kostyumunu çıxarıb. Wi-fi.ru-nun məlumatına görə, bununla bağlı görüntüləri ulduzun qızı Rumer Uillis paylaşıb.

“O dedi ki, bu, dünyanı xilas etmək üçün olan kostyumdur”, - deyə Rumer fotonu şərh edərkən yazıb.