Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında gizli anlaşma əldə olunub? – İRƏVANDA “GİZLİ VƏ ŞİFAHİ RAZILAŞMA”DAN DANIŞIRLAR

Baxış sayı:
913

Ermənistan parlamentinin vitse-spikeri, "Ermənistan" fraksiyasının deputatı İşxan Saqatelyan "Vətəndaş sazişi" fraksiyanın təşəbbüsü ilə delimitasiya və demarkasiya məsələsi ilə bağlı keçirilən iclasda Brüsseldə keçirilən görüşlərə toxunaraq, bu görüş haqda müsbət bir şey deyə bilməyəcəyini qeyd edib. O, həmçinin, tərəflər arasında gizli şifahi razılaşmaların olduğunu bildirib.
“Əliyevin bəyanatı yeni təhlükələrlə doludur, söhbət Laçın dəhlizində gömrük məntəqəsinin yaradılmasından gedir", - deyə deputat narahatlığını ifadə edib.
Dəmir yolunun blokunun açılması perspektivlərinə gəlincə, Saqatelyan qeyd edib ki, bunun müqabilində nəyin verildiyini anlamaq lazımdır.
“Ona görə də deyirəm ki, gizli və şifahi razılaşmalar var. Biz daim bu haqda danışanda inkar edirlər, amma sonra məlum olur ki, bu həqiqətdir. Bunun ən bariz təzahürlərindən biri də bu erməni-türk eşqbazlığıdır. Neçə dəfədir ki, hansısa bir prosesin olduğunu təkzib ediblər, amma biz hər dəfə Türkiyə tərəfdən gizli razılaşmalar barədə məlumat alırıq”, - deyə Saqatelyan bildirib.
Ermənistan-Türkiyə razılaşmaları kontekstinə gəlincə, İşxan Saqatelyan hesab edir ki, “Vətəndaş sazişi” fraksiyasının sabiq prezident Levon Ter-Petrosyanın müşaviri Jirayr Liparityanla bir gün əvvəl baş tutan görüş təsadüfi deyil və çox simvolikdir.
“Bu günlərdə və belə bir ab-havada Türkiyə XİN nazirinin bəyanatından dərhal sonra ən uğursuz türkyönlü diplomat gəlib siyasi çoxluqla görüşür. Maraqlıdır, bir gün əvvəl Artsaxın (qondarma – red.) statusundan danışmağın böyük təhlükələrlə dolu olduğunu bildirən Liparityan onlara nəyi izah etdi və ya nəyi öyrətdi? Türklərə sevgisi ilə hər zaman məşhur olan ən fəlakətli diplomat bunu müzakirə etdi”, - deyə İşxan Saqatelyan vurğulayıb.

Muxalifet.az