​Britni Spirs Olimpiya oyunlarında iştirak edəcək - VİDEO

Müğənni Britni Spirs yüngül atletika üzrə olimpiya oyunlarına hazırlaşır.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ifaçı İnstaqram səhifəsində paylaşdığı video ilə məlumat verib:
“Şadam ki, Olimpiya oyunları 2028 Los-Ancelesdə keçiriləcək. Artıq hazırlıqlara başlayırıq”.
Videonu görən izləyicilər Britniyə uğurlar arzulayıb və “İşləməyə davam et” kimi şərhlər yazıblar.