​BRİTANİYAYA ADEKVAT CAVAB - Rusiya 50 diplomatı ölkədən çıxaracaq

Baxış sayı:
1567

Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.  
M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxardığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.