​Britaniyanın müdafiə naziri: "Rusiya Qərbin tərəfdaşı yox, rəqibi olmağa üstünük verdi"

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Rusiyanın Qərbin rəqibi olmağa üstünlük verdiyini və daha aqressiv olduğunu bildirib.
APA-nın məlumatına görə, M. Fellon BBC-də “Endryu Marranın şousu” proqramında çıxışında deyib ki, Rusiyanın Qərbin tərəfdaşı olmasını istəyiblər, ancaq Rusiya rəqib olmağa qərar verib.
M. Fellon bildirib ki, Rusiya Qara dənizdə güc nümayiş etdirir, Krımı hərbiləşdirir, Baltikyanı ölkələrə təzyiq göstərir.