​Britaniyadan açıq mesaj: HƏDƏF BU ÖLKƏDİR

Tezliklə, Şimali Koreya ballistik raketləri ABŞ-a çatacaq.
Bunu Britaniya Beynəlxalq Əlaqələr İnstitutunda (Chatham House) çıxışı zamanı Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.
“Şimali Koreya indiyə qədər 19 raket və 6 nüvə sınağı keçirib. Artıq Şimali Koreyanın öz kursunu dəyişdirmək vaxtı çoxdan keçib. Beynəlxalq ictimaiyyət bu ölkəni nüvə silahından azad etmək haqqında fikirləşməlidir. Qonşularından heç birinin Şimali Koreya ərazisinə iddiası yoxdur”, - deyə o bildirib.