​Britaniyada təkrar referendum keçirilə bilər - PETİSİYANI 2,3 MİLYON İNSAN İMZALAYIB

Böyük Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2 milyondan çox insan imzalayıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb.
Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.