Britaniyada son gündə koronavirusdan yüzlərlə insan öldü

Baxış sayı:
264

Böyük Britaniyada bir gün ərzində koronavirusa 2 510 yoluxma qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə 260 nəfər koronavirusun qurbanı olub.

Bildirilir ki, 120 776 nəfərdən analiz götürülüb, onlardan 103 687-nin analizinin nəticələri mənfi, 17 089 koronavirus testinin nəticəsi isə müsbət olub. Ölkədə ümumilikdə 1 019 pasiyent ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub.

ÜST martın 11-də COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb.