​Britaniya Xarici Kəşfiyyat başçısının oğlu həlak olub

Baxış sayı:
9061

Britaniya Xarici Kəşfiyyat başçısı Aleks Younqerin oğlu Sam Younqer avtomobil qəzasında həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə "Daily Mail" Şotlandiya polisinə istinadən məlumat yayıb.
Hadisə martın 30-da 22 yaşlı Yonqerin malikanəsinin yaxınlığında baş verib.
Polis hadisənin səbəblərini araşdırır. Ancaq heç bir şübhəli hal aşkar edilməyib.