Britaniya Ukraynanı silahlandıracaq

Böyük Britaniya Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya barəsində sanksiyaların zəiflədilməsinə qarşı çıxan ölkələrin siyahısındadır.
 
 “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu krallığın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib.
O, qeyd edib ki, Böyük Britaniya Ukraynaya silahların çatdırılmasını artırmaq niyyətindədir.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2018-ci ilə qədər uzadıb. Britaniyanın baş naziri Tereza Mey aprel ayında bildirib ki, Rusiyaya qarşı təzyiqi davam etdirmək niyyətindədir.