​Britaniya: Suriyadakı münaqişəyə son qoyulmalıdır

Baxış sayı:
2686

Biz Suriya xalqının əzablarının qarşısını almaq üçün mümkün diplomatik variantlardan istifadə edərək 7 illik münaqişəyə son qoymalıyıq.

Muxalifet.az-ın verdiyi xəbərə görə, bunu Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
"2401 saylı qətnamə Suriya ərazisində baş verən hərbi əməliyyatların dayandırılmasını və humanitar yardım göstərilməsinə imkan yaradılmasını tələb edir. Bu, Suriya xalqının əzablarına və 7 illik münaqişəyə son qoymaq üçün yeganə vasitədir".