Britaniya rus hakerləri “zərərsizləşdirdi” – GİZLİ ƏMƏLİYYAT

Baxış sayı:
2039

Böyük Britaniyanın Mi-5 əks-kəşfiyyat idarəsi ölkə siyasətçilərinin Rusiya hakerlərindən qorunmasını təmin etmək üçün gizli əməliyyat təşkil edib. Axar.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti yazıb. Məlumata görə, sözügedən qərar bir neçə partiyanın üzvlərinin hesablarının qırılmasından sonra qəbul edilib. Əməliyyat çərçivəsində yoxlanan telefonların sahiblərinə bütün proseslərin icrasına qədər telefonlardan istifadə etməmələri tapşırılıb. Onlara həmçinin rus hakerlərin hücumuna məruz qaldıqlarını söyləmək də qadağan edilib. Siyasətçilərə telefonlarında baş verəcək istənilən “qəribə” hadisə ilə bağlı Mi-5 əməkdaşlarına məlumat vermək tapşırılıb.