​Britaniya özünü iqtisadi intihara aparır - Breksit

Baxış sayı:
10315

Böyük Britaniyada istehsalçılar müqaviləsiz Breksitin iqtisadi intihar olduğunu bildiriblər. Muxalifet.az xəbər verir ki, İstehsalçılar Birliyinin (Make UK) baş iqtisadçısı Simus Nevin deyib ki, heç bir müqavilə olmadan Avropa İttifaqını tərk etmək iqtisadi intihara aparır. O, siyasətdə yaranan qeyri-müəyyənliyin iqtisadiyyata da güclü təsir etdiyini bildirib, neçə-neçə iş yerinin bağlanacağını və yüzlərlə insanın işsiz qalacağını vurğulayıb. Qeyd edək ki, Britaniyada baş nazir vəzifəsinə ən güclü namizəd Boris Conson ölkənin Avropa İttifaqını müqaviləsiz tərk edə biləcəyini açıqlayıb.