​Britaniya öz suallarına cavab eşitmək istəmir – Peskov

Baxış sayı:
1087

Britaniya səfirinin Rusiya XİN-də keçiriləcək görüşdə iştirakdan imtina etməsi Londonun öz suallarına cavab eşitməmək arzusunun davamıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Böyük Britaniyanın Kremlin verəcəyi cavabları dinləməkdən boyun qaçırması yaranmış absurd vəziyyətin təzahürüdür.
Qeyd edək ki, Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristou Rusiya XİN-in təşkil etdiyi Londonun Skripalla bağlı bəyanatlarına həsr olunmuş tədbirdə iştirakdan imtina edib.