Britaniya ordusunun İraqda törətdiyi iyrənc əməllər: MƏHBUSLARA TƏCAVÜZ, UŞAQ QƏTLLƏRİ

Baxış sayı:
10336

Britaniya ordusunun İraq və Əfqanıstanda törətdiyi hərbi cinayətləri ört-basdır elədiyi iddia olunur.
"Sunday Times" və "BBC"də yer alan xəbərlərə görə, Hərbi Hava Qüvvələri 2012-ci ildə Əfqanıstanda evlərində çay içən 3 uşaq və gənci güllələyib:
"Onların əməlləri rəhbərlik tərəfindən gizlədilib. Britaniya hərbçiləri İraq və Əfqanıstanda qətllərlə yanaşı, məhbuslara işgəncə verərək onlara təcavüz edib. 2003-cü ildə Bəsrə həbsxanasında 2 iraqlı aldığı zərbələrdən ölüb. Həmin ildə İraq polisinin qətlə yetirilməsi də gizli saxlanılıb".
Britaniya Müdafiə Nazirliyi isə yayılan məlumatla bağlı geniş araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, İraq müharibəsi zamanı (2003-2011-ci illərdə) Britaniyanın həmin ölkədə 45 min hərbçisi olub. Bu isə ABŞ-dan sonra ikinci yer deməkdir. Müharibə nəticəsində Britaniyanın 179 hərbçisi ölüb. Bu göstərici Əfqanıstan müharibəsində (2001-2015-ci illər) 456 nəfər olub.//Publika.az